Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Surac Rzayev DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və müsbət həllini tapmasına, eləcə də göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ucar rayon sakini Orxan Əliyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ucar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Elgün Qarazadə müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səmayə Dibirova DİN-in sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında müraciətinin müsbət həll olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Fərqanə Nəsibova DİN-in sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Qurban Əliyev DİN-in sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və müraciətinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göygöl rayon sakini Elqəm Nəsibov müraciətinə operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ucar rayon sakini Dönməz Məmmədov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Xədicə Şərifova DİN-in instaqram hesabına yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına və qanuni tədbirlərin görülməsinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.