Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.08.2026 - Vətəndaş Ərəstun Namazov
Vətəndaş Ərəstun Namazov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi oğurluq hadisəsi ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini bildirir. Müraciətinin Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə, o cümlədən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.08.2026 - Vətəndaş Gülşən Ağayeva
Vətəndaş Gülşən Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb. O, aliment öhdəliyini uzun müddət yerinə yetirməyən şəxs barəsində etdiyi müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.08.2026 - Vətəndaş Eldəniz Quliyev
Vətəndaş Eldəniz Quliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir.
E.Quliyev müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.08.2026 - Vətəndaş Elşən Orucov
Vətəndaş Elşən Orucov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.
27.08.2026 - Vətəndaş Məhəmməd Ələsgərov
Vətəndaş Məhəmməd Ələsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “18.08.2026-cı il tarixində paytaxtın Nərimanov rayonunun Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
27.08.2026 - Şahbuz rayon sakini Niyaməddin Qasımov
Şahbuz rayon sakini Niyaməddin Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.08.2026 - Şahbuz şəhər sakini Nihad Quliyev
Şahbuz şəhər sakini Nihad Quliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.08.2026 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov DİN-ə yazdığı təşəkkür məktubunda kibertəhlükəsizlik sahəsində mütəmadi aparılan maarifləndirmə tədbirlərinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və ictimai asayişin etibarlı təmin olunmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.08.2026 - Masallı rayon sakini Zaur Quluzadə
Masallı rayon sakini Zaur Quluzadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, ictimai sayişin etibarlı qorunmasına, fasiləsiz və fədakar xidmətə, hüquqpozmalara və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.