Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakini Səlimə Mirzəliyeva etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Ağsu RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sabirabad rayon sakini Aytəkin Məlikova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Əcnəbi vətəndaş Fəridə Çidəm DİN-ə ünvanladığı təşəkkür məktubunda Asan Xidmət mərkəzinə müraciət etdiyini, orada xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsələyə yüksək peşəkarlıqla yanaşdığını bildirib. F.Çidəm göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.  

Vətəndaş İsax Hüseynov  DİN-ə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Lerik rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən kömkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Türkan Musayeva DİN-ə təşəkkür məktubu ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərdilər. DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.

Vətəndaş Turan Əlibəyli “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb . O, müraciəti ilə bağlı operativ tədbirlər görülməsinə və qısa müddət ərzində müsbət həll edilməsinə görə DİN-in rəhbərliyinə, həmçinin Sumqayıt Şəhər İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Cavidan Hüseynov DİN-ə təşəkkür məktubu ünvanlayıb: “Üzləşdiyim problemlə bağlı müvafiq polis orqanına müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərdilər. DİN-in rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.

Vətəndaş Ramin Mehdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Qəmər Xəlilova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qızının evdən xəbərsiz çıxdığını və Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tapılaraq təhvil verildiyini bildirib. Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.