Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.08.2026 - Lənkəran şəhər sakini Röya Nuriyeva
Lənkəran şəhər sakini Röya Nuriyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsində qəbul edilərək dinlənildiyini, onu narahat edən məsələnin qısa müddətdə müsbət həllini tapdığını yazır. Göstərilən diqqətə və operativliyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
27.08.2026 - Lənkəran rayon sakini Vüqar İbrahimli
Lənkəran rayon sakini Vüqar İbrahimli Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında müraciətinə operativ reaksiya verilməsinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə görə təşəkkürünü bildirir.
27.08.2026 - Bərdə rayon sakini Zahir Allahverdiyev
Bərdə rayon sakini Zahir Allahverdiyev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirməsinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və humanistliyə görə Yevlax Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
27.08.2026 - Ağsu rayon sakini Zabir Kərimov
Ağsu rayon sakini Zabir Kərimov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunmasına, operativliyə, yüksək peşəkarlığa və vətəndaşlarla nəzakətli davranışa görə Quba Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.08.2026 - Beyləqan rayon sakini Vidadi Quliyev
Beyləqan rayon sakini Vidadi Quliyev Daxili İşlər Nazirliyinə yazdığı məktubunda müraciətinə operativ reaksiya verilməsinə və onu narahat edən problemin müsbət həllini tapmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.08.2026 - Gəncə şəhər sakini Samir Hacıyev
Gəncə şəhər sakini Samir Hacıyev DİN-ə təşəkkür məktubu yazıb. O, ictimai asayişin etibarlı qorunmasına, müraciətlərə operativ və peşəkar reaksiya verilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına görə DİN-in və Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
27.08.2026 - Şəki rayon sakini Tural Niftalıyev
Şəki rayon sakini Tural Niftalıyev DİN-ə yazdığı məktubunda onu narahat edən problemin həlli istiqamətində operativ tədbirlərin görülməsinə, lazımi köməyin göstərilməsinə və humanistliyə görə Şəhər Şəhər Rayon Polis Şöbəsinin rəhbəliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
27.08.2026 - Gəncə şəhər sakini Firəddin Əliyev
Gəncə şəhər sakini Firəddin Əliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ reaksiya verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.08.2026 - Quba rayonunun bir qrup sakini
Vətəndaşlar İlkin Sultanov, Rüstəm Davudov, Cabir Burcəliyev, Azər Sultanov, Bəhruz Əlimirzəyev, Murad Nəzirov, Səxavət Seyfəlov və Laçın Hüseynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.