Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini İkram Əliyev son zamanlar vətəndaşların problemlərinin həllində operativliyi təmin etmək üçün DİN-in saytında yaradılmış elektron müraciət formasına görə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Georgiy Zapletin daxili işlər orqanlarında xidmət edən nəvəsinin vəzifə pilləsində yüksəlməsinə razılığını ifadə edir, ümumilikdə gənc əməkdaşların xidmətdə irəli çəkilməsi üçün göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İstefada olan polis polkovniki Xalid Səfərəliyev DİN-ə ünvanladığı məktubunda“Azərbaycan Polisinin yaranmasının 100 illiyi” münasibəti ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğuna görə DİN rəhbərliyini təbrik edir, polis veteranlarına daim diqqət və qayğı ilə yanaşdığına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aysel Zeynalova Azərbaycan Polisinin fəaliyyətindən, cinayətkarlığa qarşı mübarizədə, sabitliyin qorunmasında göstərdikləri fədakarlıqdan razılığını bildirir, eyni zamanda vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Xocalıda şəhid olmuş polis övladı Vaqif Behbudov DİN rəhbərliyinə ünvanladığı məktubunda ona göstərilən maddi yardıma görə DİN-in Maliyyə Plan İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Adil Yusubov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında Azərbaycan Polisinin rolunu yüksək qiymətləndirir və həmkarlarımıza çətin və şərəfli işlərində uğurlar diləyir.

Quba rayon sakini Oktay Əsədov DİN-ə ünvanladığı təşəkkür məktubunda göstərilən diqqətə və xoş rəftara görə görə Quba RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Xətai rayon 265 nömrəli tam orta məktəbin direktoru Yeganə Qurbanova ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Rusiya Federasiyasından ölkəmizə qonaq gəlmiş, MDB üzvü olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlığa və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə üzrə koordinasiya Bürosunun məsul əməkdaşı, polis polkovniki Roman Volkov DİN rəhbərliyinə ünvanladığı məktubunda bu yay ailəsi ilə birlikdə paytaxtımızda olduğunu, “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində dincəldiyini, burada göstərilən yüksək diqqət və qayğıya, yaradılan şəraitə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.