Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu şəhər sakini Yaşar Məmmədov ona məxsus mağazadan oğurluq edən şəxslərin müəyyən edilərək saxlanılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax rayon sakini Əfqan Babayev ona məxsus evdən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına və ona dəymiş   maddi ziyanın ödətdirilməsinə görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir

Göyçay rayon sakini Dursunəli Umudov təşəkkür məktubunda göstərdikləri köməkliyə görə, Naftalan ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Oğuz rayon sakini Musa Quliyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağdaş rayon sakini Aytən Dosməmmədova təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına görə, Ağdaş RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qobustan rayon sakini Emil Hüseynov təşəkkür məktubunda DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Nazim Rəhimov müraciətinin operativ və obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qəbələ rayon sakini Qorxmaz Kərimov müraciətinin müsbət həll olunmasına görə, Qəbələ RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aytac Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ərazidə xidmət aparan polis əməkdaşlarının lazımi köməklik göstərdiklərini və müvafiq tədbirləri həyata keçirdiklərini qeyd edir. 
A.Məmmədova göstərilən diqqətə, polis əməkdaşlarının humanistliyinə və nümunəvi xidmətinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.