Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sabunçu rayon sakini Ceyhun Fərəcullayev səmimi qəbula və ona göstərilən xoş münasibətə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Təqaüddə olan polis general-mayoru Rəhim Quliyev ölkəmizdə əmin-amanlığın qorunmasında gecəli-gündüzlü xidmət aparan hamkarlarımızı və veteranlara daim diqqət və qayğı ilə yanaşan DİN rəhbərliyini Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar səmimi qəlbdən təbrik edir.

Polis veteranı Müzəffər Novruzəliyev veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Təqaüddə olan polis general-mayorları Oktay Əliyev və Murad Hüseynov "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduqlarına görə DİN rəhbərliyinə təşəkkür edirlər.

Polis veteranı İmran Hüseynəliyev "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

“İşimlə əlaqədar tez-tez Nəsimi rayonunda oluram. Burada diqqətimi çəkən bir məsələ barədə yazmağı özümə borc bildim. Rayon ərazisində xidmət aparan polis əməkdaşları hamıya yüksək mədəniyyətlə və səmimiyyətlə yanaşır, öz vəzifə borclarının öhdəsindən layiqincə gəlirlər”. Bu fikirlər Yusif Hüseynovun DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır.

Bir qrup Astara rayon sakini rayonda qısa zaman kəsiyində bəzi cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıq edirlər.

Təqaüddə olan polis veteranı Telman Məhərrəmov DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.

Zaqatala şəhər sakini Mahmud Səfərov oğlu Ramil Səfərovun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında xidmətə qəbul olunduğuna görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.