Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayonunun Osakücə kənd sakini Arzu Mirzəyev öz təşəkkür məktubunda vətəndaşların müraciətlərinin operativ reaksiya verilərək obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Sumqayıt şəhər sakini Adil Əkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qızı Aysel Hidayətzadə və kürəkəni Toğrul Hidayətzadənin dəm qazından zəhərlənən zaman həyatlarını xilas edən Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili, polis leytenantı Pünhan Mehdiyevə öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Afaq Rzayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Azərbaycan Polisindən razılıq edir və təşəkkürünü bildirir.

Şəki şəhər sakini Zaur Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona göstərdiyi köməkliyə görə Şəki ŞRPŞ-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinin rəisi Şəfiqə Məmmədovaya öz minnətdarlığını bildirir.

Qusar rayonunun Yeni Həyat kənd sakini Əhməd Ağayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda müraciətinə operativ şəkildə baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə DİN, Qusar RPŞ-nin rəhbərliyinə və İstintaq Bölməsinin müstəntiqi Ümüd Xankişiyevə təşəkkürünü bildirir.

Ağsu rayonu Gəgəli kənd sakini Nazif Mütəllimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Ağsu RPŞ-nin rəisi Fəxrəddin Abbasovdan razılıq edir və minnətdarlığını ifadə edir.

Ağdam rayon sakini Əjdər Rüstəmov RPŞ-nin əməkdaşı Muğan Quliyevin fəaliyyətindən razılıq edir və minnətdarlığını bildirir.

Cəlilabad rayonunun Söyüdlü kənd sakini Yeganə Nəzərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus yaşayış evində baş vermiş oğurluq hadisəsinin Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi Rəşad Bəşirov tərəfindən obyektiv araşdırılaraq oğurlanmış əşyaların əksər hissəsinin geri qaytarılmasına köməklik göstərildiyi üçün minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Məlahət Paşazadə şikayət ərizəsinə baxıldığına, ona dəymiş maddi ziyanın ödətdirildiyinə və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəhbərliyinə təşəkkür edir.