Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.02.2024 - Vətəndaş Elcan Rzayev
Vətəndaş Elcan Rzayev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
17.02.2024 - Bakı şəhər sakini Əli Mustafayev
Bakı şəhər sakini Əli Mustafayev ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
17.02.2024 - Bakı şəhər sakini Xəzanə Orucova
Bakı şəhər sakini Xəzanə Orucova üzləşdiyi soyğunçuluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxslərin saxlanılmasında, məsuliyyətə cəlb olunmasında, eləcə də dəymiş ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
17.02.2024 - Vətəndaş Tariyel Əliyev
Vətəndaş Tariyel Əliyev müraciətindən sonra ödənilməyən əmək haqqının ödənildiyini, eləcə də ona məxsus avadanlığın geri qaytarıldığını qeyd edir. Buna görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
17.02.2024 - Vətəndaş Riad Hüseynəliyev
Vətəndaş Riad Hüseynəliyev naməlum şəxslər tərəfindən təhqirə məruz qalması barədə polisə müraciət etdiyini, həmin şəxslərin qısa müddətdə müəyyənləşdirilərək qanun çərçivəsində məsuliyyətə cəlb olunduğunu yazır. Hüquqlarının müdafiəsində, eləcə də qorunmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
17.02.2024 - Bakı şəhər sakini Samir Kərimov
Bakı şəhər sakini Samir Kərimov üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü yazır.
17.02.2024 - Sosial şəbəkə istifadəçisi Aygün Əsgərova
Sosial şəbəkə istifadəçisi Aygün Əsgərova müraciətinə həssaslıqla yanaşılmasına, həmçinin göstərilən diqqət və qayğıya görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.02.2024 - Bakı şəhər sakini Vüqar Sadıqov
Bakı şəhər sakini Vüqar Sadıqov əlil arabasıyla seçki məntəqəsində səs verərkən orada xidmətdə olan polis əməkdaşlarının ona göstərdikləri xüsusi diqqət və qayğıya görə Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
17.02.2024 - Vətəndaş Elton Vəliyev
Vətəndaş Elton Vəliyev ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.