Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Taleh Məmmədov və Şəmkir rayon sakini Sakit Məmmədəliyev şikayətlərinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakinləri Nəcəf və Səkinə Nəcəfovlar avtobil qəzasında xəsarət alan qızı “102 Xidmətin”in əməkdaşı Gülnar Nəcəfovaya DİN-in A.Heydərov adına Respublika Hospitalında göstərilən yüksək tibbi xidmətə görə DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə edirlər.

Bakı şəhər sakini Ramin Şıxverdiyev DİN rəhbərliyinə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bir qrup astaralı idman ustası DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, gənc nəslin sağlam yetişməsi istiqamətində fəal əməyinə və aparılan maarifləndirmə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıqlarını ifadə edirlər.

Astara sakini Nəriman Muradov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdikləri müraciətə həssaslıqla baxılmasına, kəndlərinə gedən yolda hərəkətə ciddi çətinliklər törədən qanunsuz küçə ticarətinə qarşı görülən tədbirlərə görə RPŞ-nin rəisi Azər Cahangirova təşəkkür edir.

Qusar rayon sakini Asim Əmirov DİN-ə ünvanladığı məktubunda üzləşdiyi problemin həllində göstərdikləri köməyə görə Qusar Rayon Polis Şöbəsinin rəhbərliyinə və İctimai təhlükəsizlik bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini İlqar Musayev ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə və öz vəzifə borcunun öhdəsindən layiqincə gəldiyinə görə Nəsimi RPİ-nin əməkdaşı, polis baş leytenantı Elnur Babayevə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Arif Babayev nəzakətli davranışları və səmimiyyəti ilə hər kəsin rəğbətini qazanan həmkarlarımıza təşəkkürünü bildirir.

Türkiyə vətəndaşı Çətin İbic Kamal oğlu üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə və ona dəymiş ziyanın ödətdirilməsinə görə Səbail RPİ-nin 9-cu Polis bölməsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.