Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.02.2024 - Sosial şəbəkə istifadəçisi Ruslan Cəfərov
Sosial şəbəkə istifadəçisi Ruslan Cəfərov polis-vətəndaş münasibətlərində şəffaflığın, əlçatanlığın, operativliyin artırılması, eyni zamanda vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə “E-Polis” rəqəmsal platformasının istifadəyə verilməsini təqdir edir və Azərbaycan Polisinə razılığını yazır.
10.02.2024 - Vətəndaş Aytac İsmayılova
Vətəndaş Aytac İsmayılova üzləşdiyi problemlə bağlı etdiyi müraciət zamanı ona göstərilən həssas münasibətə, diqqət və qayğıya görə Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
10.02.2024 - Sosial şəbəkə istifadəçisi Raul Kalbaliyev
Sosial şəbəkə istifadəçisi Raul Kalbaliyev pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
10.02.2024 - Abşeron rayon sakini Rəşad Fərhadlı
Abşeron rayon sakini Rəşad Fərhadlı onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü yazır.
10.02.2024 - Vətəndaş Nəbi Əmrahlı
Vətəndaş Nəbi Əmrahlı polis-vətəndaş münasibətlərində şəffaflığın, əlçatanlığın asanlaşdırılması, eləcə də operativliyin daha da artırılması məqsədilə istifadəyə verilmiş “E-Polis” rəqəmsal platformasını təqdir edirək Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
10.02.2024 - Şəhid atası Məzahir Cəbrayılov
Şəhid atası Məzahir Cəbrayılov oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.02.2024 - Şamaxı rayon sakini Namiq Zərbalıyev
Şamaxı rayon sakini Namiq Zərbalıyev müraciətinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.02.2024 - Mingəçevir şəhər sakini Ramil Həsənov
Mingəçevir şəhər sakini Ramil Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə daxili işlər orqanlarının əməkdaşlarına minnətdarlığını bildirir.
08.02.2024 - Vətəndaş Zaur Vəlicanov
Vətəndaş Zaur Vəlicanov yol-nəqliyyat hadisəsi ilə üzləşdiyini, polisin obyektiv və operativ araşdırma apardığını yazır. Buna görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.