Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tərtər rayon sakini Gəray İsmayılov ona veteranlıq vəsiqəsinin verilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Beyləqan rayon sakini Baxış Abdullayev vətəndaşlara göstərilən səmimi diqqət və qayğıya görə Beyləqan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.

Pirallahı rayonu 186 saylı tam orta məktəbin direktoru Şakir Mikayılov tədris müəssisələrində daxili işlər orqanları əməkdaşları və polis veteranlarının iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərini təqdir edir, yeniyetmə və gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sevda Əliyeva DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, cari il sentyabrın 17-də Xəzər rayonu ərazisində həyat yoldaşı ilə birlikdə avtomobil qəzasına düşdüklərini bildirir. S.Əliyeva həmin vaxt ərazidə xidmət aparan 90YP240 dövlət qeydiyyat nişanlı YPX avtomobilində hadisə yerinə gələn polis əməkdaşının onlara ilkin tibbi yardım göstərdiyini və təcili yardım çağırdığını qeyd edir.

Müəllif polis əməkdaşlarının belə humanistliyinə, vətəndaşlara göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşı Sinan Arıcı Mustafa yaşadığı ünvanda baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında və ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Fərhad Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxılaraq qısa zaman kəsiyində müsbət həll olunduğuna görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüqar Feyzullayev öz məktubunda ilk dərs günündən Yasamal rayonu 60 saylı tam orta məktəbin qarşısında təhlükəsizliyin etibarlı təmin edilməsinə, avtomobil və piyada hərəkətini tam nəzarətə götürərək xidməti vəzifələrini layiqli yerinə yetirdiklərinə və vətəndaşlarla səmimi rəftarlarına görə həmin ərazidə xidmət aparan YPX əməkdaşlarına, həmçinin DİN və BBPİ DYPİ-nin rəhbərliklərinə təşəkkürünü bildirir.

Gədəbəy rayonunun bir qrup sakini adından göndərilən məktubda rayon ərazisində asayişin etibarlı qorunmasının, avtomobil yollarında təhlükəsizliyin təmin olunmasının, polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində həyata keçirdikləri uğurlu əməliyyat və maarifləndirici tədbirlərin rayon sakinləri tərəfindən təqdir olunduğu qeyd olunur, bu istiqamətdə qətiyyətli tədbirlərə görə DİN rəhbərliyinə təşəkkür bildirilir, Gədəbəy RPŞ-nin şəxsi heyətinə çətin və şərəfli işlərində uğurlar arzulayırlar.

“Uğurmedia” İnformasiya Agentliyinin baş redaktoru Tərlan Abbasov məktubunda DİN-ə etdiyi onlayn müraciətinə operativ reaksiya verildiyinə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsində baxılaraq qısa müddətdə ədalətli həll olunduğuna və dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə DİN rəhbərliyinə təşəkkür bildirilir.