Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.02.2024 - Vətəndaş Rəşad Məmmədov
Vətəndaş Rəşad Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında Nərimanov Rayon Polis İdarəsində aparılam araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu yazır. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektiv araşdırmaya və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2024 - Vətəndaş Anand Shreedhar
Vətəndaş Anand Shreedhar DİN-in “Instagram” səhifəsinə mesajında mobil telefonunu itirməsi ilə bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə 23-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.02.2024 - Sosial şəbəkə istifadəçisi Samirə Məmmədova
Sosial şəbəkə istifadəçisi Samirə Məmmədova ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.02.2024 - Sosial şəbəkə istifadəçisi Ləman Əliyeva
Sosial şəbəkə istifadəçisi Ləman Əliyeva üzləşdiyi problemin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
17.02.2024 - Vətəndaş Elnarə Qaragözova
Vətəndaş Elnarə Qaragözova müraciəti əsasında təhlükəsizlik tədbirləri görülməsinə görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
17.02.2024 - Sosial şəbəkə istifadəçisi Fəridə Daşdəmirova
Sosial şəbəkə istifadəçisi Fəridə Daşdəmirova üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
17.02.2024 - Sosial şəbəkə istifadəçisi Camalə Qambayeva
Sosial şəbəkə istifadəçisi Camalə Qambayeva naməlum şəraitdə itirdiyi pul kisəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsində əməyi olan Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
17.02.2024 - Vətəndaş Ruslan Əhmədov
Vətəndaş Ruslan Əhmədov üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü yazır.
17.02.2024 - Bakı şəhər sakini Könül Qidayeva
Bakı şəhər sakini Könül Qidayeva yazır: “Piyada keçidində məni avtomobil vurduğu zaman köməyimə ilk olaraq polislər gəldi. Elə ilk yardımı da onlar göstərdilər və xəstəxanaya çatdırlmağımı təmin etdilər. Peşəkarlıqla yanaşı əsl vətəndaş mövqeyi sərgiləyən Azərbaycan Polisi ilə fəxr edirəm!”.