Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Biləsuvar rayon sakini Arif Baxşıyev öz təşəkkür məktubunda oğurlanan xırdabuynuzlu heyvanlarının tapılmasına və müraciətinə çevik reaksiya verilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Hikmət Bağırov öz təşəkkür məktubunda müraciəti ilə bağlı məsələnin qısa zamanda müsbət həllini tapmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Cəlilabad rayon sakini Kənan Nağdıyev sosial şəbəkə vasitəsilə ünvanladığı təşəkkür məktubunda istənilən hava şəraitində nümunəvi xidmət aparmalarına, vətəndaşlara göstərilən diqqətə və köməkliyə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə və Post Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Leyla Muradzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda pulunun mənimsənilməsi ilə bağlı müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın böyük bir qisminin ödənilməsinin təmin edilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Cəmilə Səfərova pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Şəhla Yusifova onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR Ordubad RPŞ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vəkil Qabil Ağayev oğluna qarşı soyğunçuluq əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsində əməyi olan Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Əşrəf Əliyev yol nişanları ilə bağlı ünvanladığı müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Mehdi Qurbanov üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.