Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Elçin Fərəcov naməlum şəraitdə itirdiyi şəxsiyyət vəsiqəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsində əməyi olan Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Paytaxt sakini Təranə Rüstəmova onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vətəndaş Teymur Əsədov avtomobilindən mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə operativ baxılaraq qısa zaman kəsiyində tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Vətəndaş Şəhla Qəmbərova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini Saleh Şahmarov mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığını, qısa zamanda tapılaraq işlək vəziyyətdə ona təhvil verildiyini yazır və buna görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Yaqut Rəsulova naməlum şəraitdə itirdiyi pul kisəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsində əməyi olan Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü yazır.

Vətəndaş Elman Mirzəyev üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Ramid Abdullayev dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Vətəndaş Günel Liftiyeva sosial şəbəkədə tanımadığı şəxs tərəfindən hədə-qorxuya məruz qaldığı üçün polisə müraciət etdiyini yazır. Onu narahat edən problemə operativ reaksiya verildiyinə və qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.