Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.03.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Bakı şəhər sakini İsmayıl...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Bakı şəhər sakini İsmayıl Qaçaylı polis əməkdaşlarının fəaliyyəti barədə səhifəyə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonundakı 34 saylı orta məktəbdə magistratura pilləsinə keçirilən imtahan vaxtı polis əməkdaşlarının asayişi etibarlı qoruduqlarını bildirir. Bir neçə vətəndaşın imtahana buraxılmasına icazə verilməyən əşyalarını - mobil telefonlarını, çantalarını və digər şəxsi əşyalarını yalnız polis əməkdaşlarına etibar edərək saxlamaq üçün onlara verdiklərini qeyd edən müəllif asayişin etibarlı qorunmasına və göstərdikləri köməkliyə görə həmin ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.03.2020 - Bərdə rayonunun Qaradağlı kəndində yaşayan Kəlbəcər rayon sakini Əlzamin...
Bərdə rayonunun Qaradağlı kəndində yaşayan Kəlbəcər rayon sakini Əlzamin Mamedov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda bildirir ki, cari il fevral ayının 21-də uzun müddətdir müalicə alan xəstə övladı Şirvan şəhərində xəstəxanadan çıxarkən qəfildən halı pisləşib. Bunu görən yol polisi əməkdaşları ona yaxınlaşaraq köməklik göstərib, gedəcəyi ünvana çatdırıblar. Ə.Mamedov belə humanistliyə, diqqətə, qayğıya və göstərdikləri köməkliyə görə Şirvan ŞPŞ DYPB-nın əməkdaşları Samir Mustafayevə və Aqil Quliyevə təşəkkürünü bildirir.
02.03.2020 - Goranboy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları...
Goranboy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə başda Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov olmaqla RPŞ-nin əməkdaşlarından razılığını bildirir.
02.03.2020 - Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakinləri Xocalı faciəsinin ildönümü...
Goranboy rayon Aşağı Ağcakənd qəsəbə sakinləri Xocalı faciəsinin ildönümü ərəfəsində şəhid polis ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Xocalı RPŞ-in əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
02.03.2020 - Quba rayon sakini Quşkari Şamxal Sudeif üzləşdiyi problemlə əlaqədar etdiyi...
Quba rayon sakini Quşkari Şamxal Sudeif üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-in əməkdaşlarına minnətdarlığını bildirir.
29.02.2020 - Ağdam rayon sakini Elşən Novruzov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Ağdam rayon sakini Elşən Novruzov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai sabitliyə, cinayətkarlıqla mübarizənin təmininə, insan hüquq və azadlıqlarının qorunmasına görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.02.2020 - Bakı şəhər sakini Fəridə Məmmədova müraciətinə həssaslıqla yanaşılaraq...
Bakı şəhər sakini Fəridə Məmmədova müraciətinə həssaslıqla yanaşılaraq probleminin müsbət həllini tapmasına göstərdikləri köməyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir və müvəffəqiyyətlər diləyir.
28.02.2020 - Bərdə rayon sakini Aygün Əsgərova müraciətinə tez bir zamanda baxılaraq...
Bərdə rayon sakini Aygün Əsgərova müraciətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
28.02.2020 - Füzuli rayon sakinləri Sabir Yarıyev, Anar Yarıyev, Kənan Əmrahlı...
Füzuli rayon sakinləri Sabir Yarıyev, Anar Yarıyev, Kənan Əmrahlı müraciətinlərinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.