Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.02.2024 - Vətəndaş Sadiq İsrafilov
Vətəndaş Sadiq İsrafilov “Facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, müraciəti ilə bağlı araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasını qeyd edir, vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.02.2024 - Siyəzən şəhər sakini Gülarə Məmmədova
Siyəzən şəhər sakini Gülarə Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini, obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll edildiyini və dəymiş maddi ziyanın ödənildiyini qeyd edir.
O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.02.2024 - Vətəndaş Suad Rəhimov
Vətəndaş Suad Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə Nərimanov RPİ 16-cı Polis Şöbəsində operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
21.02.2024 - Sosial şəbəkə istifadəçisi Xaliq Kərimov
Sosial şəbəkə istifadəçisi Xaliq Kərimov məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.02.2024 - Gədəbəy rayon sakini Məlahət İsmayılova
Gədəbəy rayon sakini Məlahət İsmayılova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini və araşdırmalara başlanıldığını qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.02.2024 - Abşeron rayon sakini Cəmalə Abbasova
Abşeron rayon sakini Cəmalə Abbasova yazır: “Avtomobil idarə edərkən qəflətən halım pisləşdi. İlk olaraq “102” Xidməti-zəng Mərkəzinə müraciət etdim. Qısa zamanda polis əməkdaşları köməyimə yetişdi və məni xəstəxanaya çatdırdılar. Vətəndaşlara təhlükədən daha yaxın olan daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirirəm.”
21.02.2024 - Vətəndaş Bəhruz Nəhmətov
Vətəndaş Bəhruz Nəhmətov müraciətinə operativ baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
21.02.2024 - Vətəndaş Gülşən Məmmədova
Vətəndaş Gülşən Məmmədova ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
21.02.2024 - Vətəndaş Sənan Qənbərov
Vətəndaş Sənan Qənbərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliynə təşəkkürünü bildirir.