Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.08.2026 - Vətəndaş Ayxan Yolçuyev
Vətəndaş Ayxan Yolçuyev itirdiyi şəxsi sənədləri ilə bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.08.2026 - Vətəndaş Əli Fərəcov
Vətəndaş Əli Fərəcov üzləşdiyi problemlə baağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.08.2026 - Vətəndaş Kamran Məmmədov
Vətəndaş Kamran Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
28.08.2026 - Vətəndaş Firəngiz Əliyeva
Vətəndaş Firəngiz Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi xuliqanlıq əməli ilə bağlı müraciətinə operativ baxıldığına, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırmalar aparıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
28.08.2026 - Vətəndaş Emin İsayev
Vətəndaş Emin İsayev dələduzluq faktı ilə bağlı müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
28.08.2026 - Vətəndaş Elşad Cəfərov
Vətəndaş Elşad Cəfərov avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
28.08.2026 - Vətəndaş Rəşadət Yusifov
Vətəndaş Rəşadət Yusifov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında Pirallahı rayonu ərazisində yerləşən avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına diqqət çəkir, yol polisi əməkdaşlarının humanistliyini, xoş rəftarlarını xüsusi vurğulayır və onların təhsil müəssisələrinin qarşısında məktəblilərin təhlükəsizliyi üçün gördükləri tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir.
28.08.2026 - Vətəndaş Zaur Cəfərov
Vətəndaş Zaur Cəfərov iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisi əməkdaşları tərəfindən ona köməklik göstərildiyini bildirir. O, obyektiv araşdırma aparılmasına görə DİN rəhbərliyinə və Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edir.
28.08.2026 - Vətəndaş Zibeydə Sadıqova
Vətəndaş Zibeydə Sadıqova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.