Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Yusif İsmayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  2 gün öncə Nərimanov ərazisində hadisə baş vermişdi. Hadisə ilə bağlı polisin gəlməsini gözlədik. Nərimanov Rayon Yol Polis Şöbəsinin əməkdaşları hadisəni qeydə aldılar. Sənədləşmədən razı qaldım. Bununla bağlı minnətdarlığımı bildirirəm.  

Əcnəbi vətəndaş  Muhammad Akhtar DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən, Məhəmməd Aktar, itirdiyim mobil telefonun tapılmasına kömək məqsədilə Azərbaycan Polisinə müraciət etmişdim. Telefonumun tapılmasında göstərdikləri köməyə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dərin minnətdarlığımı bildirirəm. Onlar telefonumu uğurla taparaq bir saat ərzində mənə təhvil verdilər.  

Vətəndaş Səidə Musayeva DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  20.08.2026-cı il tarixində Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində “Əkbər” adlı şəxs tərəfindən narahat olunmağım barədə 1-ci Polis Bölməsinə müraciət etdim. Məsələmə baxıldı və mənə lazımi köməklik göstərildi. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə, DİN-in və 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edirəm.

Vətəndaş Rəvan İsrafilov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 15.08.2026-cı il tarixdə Pirallahı Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları göstərdikləri peşəkarlığa, vətəndaşlara qarşı nəzakətli münasibətə, xidməti vəzifələrinin layiqincə yerinə yetirilməsinə görə təşəkkürümü bildirirəm. Başda cənab Nazir olmaqla Pirallahı RPİ-nin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. DYPŞ əməkdaşlarının fəaliyyətindən çox razıyam.

Vətəndaş Əjdər Yunusov DİN-ə ünvanladığı təşəkkür məktubunda oğluna “polis leytenantı” xüsusi rütbəsinin təqdim edilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Seymur Babayev DİN-ə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin qorunub saxlanılmasında Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Aynur Cavarova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılaraq hüquqlarının tam şəkildə izah olunması ilə əlaqədar Mingəçevir şəhər polis şöbəsinə minnətdarlığını bildirir.

Vətəndaş Azər Həsənli DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin təmin edilməsi ilə əlaqədar Binəqədi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Elton Qarayev DİN-ə ünvanladığı təşəkkür məktubunda dələduzluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.