Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Şövqi Abbasov yaşadığı evdən işıq naqillərinin oğurlanması ilə bağlı müraciətinə operativ baxılmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür bildirir.

Sosial şəbəkə istifadəçisi Fərid Kərimli xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aişə Qasımova təhqir olunması və adına yaradılan saxta profillərlə bağlı müraciətini dərhal nəzarətə götürdüklərinə görə Naxçıvan MR DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cahangir Əliyev problemlərinin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sakin Həmidov müraciətinə həssas yanaşılmasına və göstərilən diqqətə görə Xəzər Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Suğra Quliyeva itirdiyi telefonun tapılmasında göstərdikləri köməkliyə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Bayram Aslanov xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə və operativliyə görə DİN Mətbuat Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.

Psixoloq İlahə Əliyeva və Vətən Müharibəsi qazisi Anar Əhmədov ictimai asayişin qorunmasında və nümunəvi xidmətlərinə görə Pirallahi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Polis veteranı Nizami Həmidov müraciətinə həssas yanaşılmasına və göstərilən diqqətə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.