Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi İlahə İmanova təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə, eləcə də informasiya təhlükəsizliyi tədbirləri çərçivəsində keçirilən maarifləndirmə görüşülərini təqdir edir və Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Vətəndaş Peyman Əhmədov itkin düşən azyaşlı oğlunun tez bir zamanda tapılaraq təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Məhəmməd Abdullayev pozulmuş hüquqlarının bərpa olunmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İsmayıl Nadirxanlı müraciətinə operativ baxılmasına görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Ceyhun Kərimov üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü yazır. 

Bakı şəhər sakini Zaur Ələkbərov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Vətəndaş Elnur Hacıyev dələduzluq yolu ilə pulunu ələ keçirmiş şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Vətəndaş Elşad Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən onun övladının təhsil aldığı məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən E.Cəfərov DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.

Quba rayon sakini Şükür Bağırov məktubunda rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, eləcə də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.