Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Azər Abdullayev DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq baş verimiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinə etdiyi müraciətin operativ və düzgün araşdırılmasından razı qaldığını qeyd edərək DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Hüseyin Sadıqov DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Xətai RPİ 35-ci Polis Bölməsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, qısa müddət ərzində ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Coşqun Abdullaoğlu DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətindən sonra onu narahat edən məsələnin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Mingəçevir şəhər sakini Məryəm Qurbanova müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Ruzigar Məmmədova müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Pərviz Rzayev müraciətinə obyektiv baxıldığı üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Zöhrə Orucova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Oğuz rayon sakini Elmir Cəfərov müraciətinə obyektiv baxıldığı üçün DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Şıxəli Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov RPİ-nin Təhqiqat şöbəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.