Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Kamal Səfərov naməlum şəraitdə itirdiyi noutbukun, eləcə də sənədlərinin tez bir zamanda tapılaraq təhvil verilməsində ona göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vətəndaş Ayna Quliyeva üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırmanın aparılmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi Zamiq Dədəyev müraciətinə operativ baxılmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Şahnaz Abbasova övladının daxili işlər orqanları sıralarına xidmətə qəbul olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Ayxan Ağazadə müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü yazır. 

Vətəndaş Aysel Həsənova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Pərvanə Qafarlı onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Minayə Əmrahova etdiyi müraciətə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Bakı şəhər sakini Samir Süleymanov satdığı kompüterin pulunu ödəməkdən yayınan şəxs barədə müraciətinin operativ və obyektiv araşdırıldığını, kompüterinin ona geri qaytarıldığını qeyd edir. Göstərdikləri köməkliyə görə Sabunçu RP12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.