Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.03.2024 - Bakı şəhər sakini Rövşən Əliyev
Bakı şəhər sakini Rövşən Əliyev naməlum şəraitdə itirdiyi pul kisəsinin qısa zaman kəsiyində tapılaraq qaytarılmasında əməyi olan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü yazır.
09.03.2024 - Vətəndaş Vüsalə Əliyeva
Vətəndaş Vüsalə Əliyeva ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
09.03.2024 - Sosial şəbəkə istifadəçisi Ülkər Əliyeva
Sosial şəbəkə istifadəçisi Ülkər Əliyeva naməlum şəraitdə itirdiyi bank kartının tez bir zamanda tapılaraq qaytarılmasında göstərdikləri köməyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
09.03.2024 - Sosial şəbəkə istifadəçisi Elçin Şükürov
Sosial şəbəkə istifadəçisi Elçin Şükürov müraciəti ilə bağlı ona göstərilən köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.
09.03.2024 - Abşeron rayon sakini Şəmistan Hüseynov
Abşeron rayon sakini Şəmistan Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Abşeron RPİ Qobu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.03.2024 - Bakı şəhər sakini Fuad Həsənov
Bakı şəhər sakini Fuad Həsənov müraciətinə dərhal reaksiya verildiyinə, nəzakətlə qəbul edilərək dinlənildiyinə və obyektiv araşdırma aparıldığına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına razılığını ifadə edir.
09.03.2024 - Sosial şəbəkə istifadəçisi Xətai Məmmədli
Sosial şəbəkə istifadəçisi Xətai Məmmədli yol hərəkəti təhlükəsizliyinə dair aparılan maarifləndirmə işlərinə görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.
09.03.2024 - Vətəndaş Tural Bünyadzadə
Vətəndaş Tural Bünyadzadə üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırmanın aparılmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
09.03.2024 - Sosial şəbəkə istifadəçisi Rahib Damadayev
Sosial şəbəkə istifadəçisi Rahib Damadayev velosipedinin oğurlanması barədə müraciətinə operativ baxıldığını, qısa zaman kəsiyində əməli törədən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunduğunu, eləcə də velosipedin işlək vəziyyətdə ona qaytarıldığını qeyd edir və buna görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.