Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Seymur Yarməmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə Nərimanov RPİ 16-cı Polis Şöbəsində operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Rövşən Məmmədov DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq üzləşdiyi dələduzluq hadisəsi barədə Nərimanov RPİ 16-cı Polis Bölməsinə etdiyi müraciətin nəzarətə götürüldüyünü, ona dəymiş maddi ziyanın qısa müddətdə tam ödənildiyini qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Səudiyyə Ərəbistanı vətəndaşı Saleh Al Saleh DİN-in “İnstagram” səhifəsinə təşəkkür məktubu yazaraq Nərimanov RPİ 16-cı Polis Bölməsinə etdiyi müraciətin dərhal nəzarətə götürüldüyünü, onu narahat edən məsələnin həll edildiyini qeyd edərək Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Nigar Kərimova DİN-in “İnstagram” səhifəsinə minnətdarlıq məktubu yazaraq Nərimanov RPİ 16-cı Polis Bölməsinə etdiyi müraciətin müsbət həll olunduğu qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Mingəçevir şəhər sakini Azər Müzəffərov DİN rəhbərliyinə minnətdarlıq məktubu yazaraq etdiyi müraciətdən sonra onu narahat edən problemin həll olunduğu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağsu rayon sakini Rəhman Cavadovun DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq müraciətinin müsbət həll olunduğuna görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Rafiq Həşimovun DİN-in “Facebook” səhifəsinə minnətdarlıq məktubu yazaraq yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri köməyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağsu rayon sakini Arif Mürşüdov məktubunda müraciəti ilə əlaqədar Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində araşdırma aparılaraq operativ tədbirlərin görüldüyünü qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Rəsul Həşimov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.