Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Fatma Həsənova müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisi ilə fəxr etdiyini yazır.

Vətəndaş Elman Nigaran sənədlərinin və pulqabısının taksidə unutması ilə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Daşqın Əsədli müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və probleminin müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Orxan Hüseynov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı operativ araşdırma aparılmasına və qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsinə görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin peşəkar xidməti fəaliyyətindən məmnunluğunu yazır.

Vətəndaş Mehdi Xələfov yol hərəkətinin təşkili ilə əlaqədar müraciətinə operativ baxılmasına görə daxili işlər orqanları əməkdaşlarına  təşəkkürünü bildirir. 

Vətəndaş Siruz Manafov yollarda təhlükəsizliyin təmin olunmasında fədakarlıq göstərən Baş Dövlət Yol Polisi əməkdaşlarının xidməti fəaliyyətini təqdir edir. O, idarə etdiyi avtomobildə qəfildən yaranan nasazlıq zamanı onlara göstərilən köməkliyə görə Xəzər RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Solmaz Muradova onu narahat edən məsələlərlə bağlı müraciətinə operativ baxılaraq problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

 

Qusar rayon sakini Əliməhəmməd Şahbazov yazır: “Qusar rayonunda keçirilən vətəndaş qəbulunda oldum. Müraciətimə dərhal və obyektiv baxıldı. DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürümü bildirirəm”. 

Türk vətəndaşı Sürəyya Ufak DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə dərhal reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Yasamal RPİ 26-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.