Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə izləyicisi Aysu Əhədli öz təşəkkür məktubunda müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən çevik reaksiya verilməsinə, şöbə rəhbərliyi tərəfindən qəbul edilməsinə və müraciətin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Əlirza Nurizadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən məmnun qaldığını bildirir.

Cəlilabad rayon sakinləri Hicran İsmayılov və Aqil Muradov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında rayon ərazisindəki yollarda hərəkətin təhlükəsizliyinin təmini istiqamətində görülən işlərə, sürücülərlə aparılan profilaktiki söhbətlərə görə minnətdarlıqlarını bildirir.

Vətəndaş Rövşən Abbaslı öz təşəkkür məktubunda bildirir ki, qeyri-sabit hava şəraitində idarə etdiyi “Mercedes” markalı avtomobillə Biləsuvar rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı su arxına aşıb. R.Abbaslı Biləsuvar RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarının onun köməyinə gəldiklərini, əraziyə texnika cəlb edərək nəqliyyat vasitəsinin arxdan çıxarılmasını təmin etdiklərini, özünün isə yaşadığı ünvana çatmasına yardım olunduğunu bildirir və polis əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Tanrıverdi Məmmədov avtomobilində yaranmış nasazlıq səbəbindən yolda çətin duruma düşdüyünü, həmin vəziyyətdən polisin köməkliyi ilə çıxdığını yazır, buna görə Yardımlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ayşən Abbasova mülki-hüquqi öhdəliklərdən yayınma faktı ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Həsən Şamçıyev yaşadığı binanın həyətində digər binanın sakinləri tərəfindən qeyri-qanuni olaraq dəmir dirəklər çəkildiyini, bu səbəbdən şəxsi avtomobillərini saxlamaqda süni maneə yarandığını, polisin köməkliyi ilə problemin aradan qaldırıldığını qeyd edir və buna görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Sosial şəbəkə istifadəçisi Rauf Alagözov müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fərid Hacıyev naməlum şəxs tərəfindən ona məxsus qarajın sökülməsi barədə müraciətinə operativ reaksiya verilərək hüquqlarının qorunmasında göstərdikləri köməyə görə Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.