Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayonunun Sabirabad kənd sakini Elnur Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlarla münasibətdə sərgilənən yüksək mədəni davranışa, ümumtəhsil müəssisələrində təşkil olunan maarifləndirici görüşlərə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Cəlilabad şəhər sakini Mirzəbala Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Minsk şəhər sakini Nataliya Denisçuk turist kimi ölkəmizdə səfərdə olarkən üzləşdiyi problemin həllini tapmasında ona göstərilən köməyə görə Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı Zaur Rzayevə təşəkkürünü bildirir və Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Əli Hüseynov yaxın qohumunun daxili işlər orqanlarına xidmətə bərpa olunması ilə əlaqədar DİN rəhbərliyinə təşəkkürünü bildirir. İctimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə polisin rolunu yüksək dəyərləndirir, Azərbaycan Polisinə çətin və şərəfli xidməti fəaliyyətində uğurlar diləyir.

Mingəçevir şəhər sakini Vüqar Əkbərov etdiyi müraciətə operativ reaksiya verilərək müsbət yöndə həll edildiyinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini Anar Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon və qəsəbə ərazisində asayişin etibarlı qorunmasına və əmin-amanlığa görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Səbuhi Yusibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində sabitliyin yüksək səviyyədə qorunmasına görə Şəhər Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rövşən Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayət ərizəsinə operativ və obyektiv baxıldığına görə minnətdarlığını bildirir və ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir. Vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşması üçün zəmin yaratdığını qeyd edir.

Ağdam rayon sakini Vüsal Səfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini yüksək dəyərləndirir və onlara xidməti fəaliyyətlərində müvəffəqiyyətlər diləyir.