Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.03.2024 - İnstaqram istifadəçisi Günel Liftiyeva
İnstaqram istifadəçisi Günel Liftiyeva müraciətinə dərhal reaksiya verilməsinə və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
15.03.2024 - Bakı şəhər sakini Dünyamalı Məmmədov
Bakı şəhər sakini Dünyamalı Məmmədov müraciətinə operativ baxıldığını, ona dəymiş maddi ziyanın ödətdirildiyini bildirir və buna görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını yazır.
15.03.2024 - Vətəndaş Aygün Sultaliyeva
Vətəndaş Aygün Sultaliyeva ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
15.03.2024 - Sosial şəbəkə istifadəçisi Murad Əsədzadə
Sosial şəbəkə istifadəçisi Murad Əsədzadə müraciətinə operativ baxılmasına, səmimi qəbula və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
15.03.2024 - Bakı şəhər sakini Hikmət Həzizadə
Bakı şəhər sakini Hikmət Həzizadə müraciətinə dərhal reaksiya verilməsinə, ona dəymiş ziyanın tez bir zamanda ödətdirilməsinə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü yazır.
15.03.2024 - Sosial şəbəkə istifadəçisi Natiq Məlikov
Sosial şəbəkə istifadəçisi Natiq Məlikov onu narahat edən məsələnin qısa zamanda müsbət həll olunmasında əməyi olan Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
15.03.2024 - Vətəndaş Pakizə İlyasova
Vətəndaş Pakizə İlyasova pozulmuş hüquqlarının bərpa olunmasında göstərilən köməkliyə görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
15.03.2024 - Sosial şəbəkə istifadəçisi İltifat Hüseynov
Sosial şəbəkə istifadəçisi İltifat Hüseynov müraciətinə operativ baxılmasına görə Azərbaycan Polisinə təşəkkürünü yazır.
15.03.2024 - Bakı şəhər sakini Aynurə Şəfiyeva
Bakı şəhər sakini Aynurə Şəfiyeva tanımadığı şəxs tərəfindən təhqirə məruz qalması barədə polisə müraciət etdiyini, həmin şəxsin qısa müddət ərzində müəyyənləşdirilərək qanun çərçivəsində məsuliyyətə cəlb olunduğunu yazır. Hüquqlarının müdafiəsində, eləcə də qorunmasında göstərdikləri köməkliyə görə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına razılığını ifadə edir.