Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mirqədir Ələkbərov müraciətinə operativ baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Vətəndaş Arzu Məmmədova müraciətinə operativ baxılaraq araşdırma aparılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacaqların təhlükəsizliyinin təmininə xüsusi diqqət göstərdiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir.

Vətəndaş Arzu Ələkbərov oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq hadisənin üstünün tez bir zamanda açılmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elçin Şahməmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Şaiq Hacıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verildiyini, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində qəbul edildiyini və araşdırılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini Fizuli Məhərrəmov məktubunda Daxili İşlər Nazirliyinə etdiyi elektron müraciətinə dərhal reaksiya verildiyini qeyd edir. O, müraciəti ilə əlaqədar Naxçıvan MR DİN-in Şərur Rayon Polis Şöbəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətinin müsbət həll edildiyini və dəymiş maddi ziyanın ödətdirildiyini yazır.
F.Məhərrəmov vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliklərinə, habelə Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəlil Məmmədov barəsində tərtib olunmuş protokolla əlaqədar etdiyi müraciətə dərhal reaksiya verilərək müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İsmail Ağakişizadə üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.