Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xaçmaz rayon sakini Çiçək Fərzəliyevə oğluna yenidən qovuşduğu üçün Xaçmaz və Qusar Rayon Polis şöbələrinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıq edir.

Bakı şəhər sakini İbrahim Əzizov DİN-ə ünvanladığı təşəkkür məktubunda Baş Dövlət Yol Polisi İdarəsinin “İnstagram” səhifəsinin yaradılğı və həmin səhifədə lazımi informasiyaların paylaşıldığı üçün DİN rəhbərliyinə təşəkkür edir, Azərbaycan Polisinə 2020-ci ildə uğurlar diləyir.

Arzu Alıyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həlli istiqamətində görülmüş tədbirlərə görə minnətdarlığını ifadə edir.

“Mən müəlliməm, altımış yaşım var və üç uşaq anasıyam. Gecə saatlarında Ağstafa rayonundan evə gəlirdik. Nəvələrim də maşında idi. Maşın hərəkətdə olarkən birdən şini partladı və sürücü çox böyük ustalıqla onu saxlamağa müvəffəq oldu. Hamı təlaş içində idi. Soyuq havada yolda qalmağın qorxusu çox dəhşətlidir. Ən çox nəvələrimə görə narahat idim. Maşını bir kənara çəkib qəza işıqlarını yandırdıq. Birdən yanımızda Yol Patrul Xidməti avtomobili dayandı. Elə bildim ki, dünyanı mənə verdilər. Maşından düşən polis əməkdaşı özünü təqdim etdikdən sonra nəvələrimi soyuqlamasınlar deyə xidməti maşınına əyləşdirdi. Gecə yarısı olsa da zəng vurub usta çağırdı. Maşının şini dəyişdirildi. Belə bir çətin vəziyyətdə köməyimizə çatan polisimizin-Ağstafa RPŞ DYPB-nin rəisi, polis mayoru Ramin Bağırov adını bu məktubumda qeyd etməyi özümə borc bildim. Müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdiyimiz dönəmlərdə Vətənin səsinə səs verən, silaha sarılan polislərimiz bu gün də cəbhədədirlər, sabitliyin, asayişin keşiyindədirlər. O hadisədən sonra nəvəmin mənə: “Nənə, mən də o polis əmi kimi insanlara kömək edəcəyəm”,- deməsi bu yaşımda mənim ən böyük qazancımdır”. Bu fikirlər Qazax rayon sakini Sünbül Həsənovanın DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır.

Qobustan rayon sakini Mirzalı Hümmətov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti ərazisində olmamasına baxmayaraq, yanğın baş vermiş evdən həyatını təhlükəyə ataraq insanları xilas edən Qaradağ RPİ-nin əməkdaşı, polis leytenantı Ariz Gülməmmədova təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Fərqanə Cavadova adına və andına sadiq, vətəndaşlarla xoş ünsiyyət quran, onların problemlərinin həllində qətiyyət göstərən Lənkəran ŞRPŞ-nin əməkdaşı, polis leytenantı İlqar Abdullayevin xidmətindən razılığını ifadə edir.

Bakı şəhər sakini, polis veteranı Bəylər Teymurov yaşamaq hüququnun pozulması ilə bağlı etdiyi müraciətə Sabunçu RPİ-nin 13-cü PB-nin rəhbərliyinin çevik reaksiya verdiyinə və icraatında olan sənədlə bağlı öz vəzifə borcunu layiqincə yetirdiyinə görə sahə rəisi, polis kapitanı Şamil İsrafilova minnətdrlığını ifadə edir.

Bakı şəhər sakini Samirə Əzizova problemlərinin həllində göstərdiyi köməkliyə görə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəisi, polis polkovniki Rövşən Eyyubova təşəkkürünü bildirir.

Astara rayonunun Ərçivan kəndinin bir qrup sakini daxili işlər orqanlarında aparılan islahatlardan məmnunluqlarını ifadə edirlər.