Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Elxan Əhmədov oğurluq hadisəsinin üstünün açılmasında ona göstərdikləri köməyə görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Nasir Məmmədov DİN-ə ünvanladığı məktubunda Keşlə qəsəbəsində narkotik maddə istifadəçilərinin saxlanılmasına görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Nəsrəddin Ağasiyev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını yazır.

Bakı şəhər sakini Turaxanım Qənbərli DİN-ə ünvanladığı təşəkkür məktubunda qonşuların narahatçılığına səbəb olan məsələ ilə bağlı müraciətlərinə həssasqlıla yanaşaraq operativ həll olunduğuna görə DİN rəhbərliyinə və 23 Polis Bölməsinin əmkdaşlarına minətdarlığını bildirir.

Bakı şəhər sakini Rasim Abbasov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda ona və ailəsinə göstərilən köməkliyə görə Dövlət Yol Polisi əməkdaşı Hüseyn Mirzəyevə təşəkkürünü bildirir.

Qax rayon sakini Sahib Nəsibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qarşılaşdığı problemin həllində göstərilən köməkliyə görə, RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Ziyalı DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürünü bildirir

Uzun illərin müəllimi, şair-tərcüməçi, 5 kitabın, çoxlu sayda tərcümə və məqalələrin müəllifi olan 68 yaşlı Şahin Canıyev yazır ki, bu yaxınlarda ailəsi ilə birlikdə Lənkərandan qayıdarkən Masallı rayonu ərazisində qəfildən gəldikləri avtomobildə nasazlıq yaranıb və yolda qalıblar. Bu zaman həmin ərazidə xidmət aparan 2 yol polisi əməkdaşı onlara yaxınlaşıb və problemləri ilə maraqlanıb. Polis əməkdaşları avtomobildə olan 3 yaşlı qadını və onu öz maşınlarına əyləşdirib və qısa vaxtda onların maşınındakı nasazlığı aradan qaldırıblar. Yol polisi əməkdaşları onları Masallı postuna qədər ötürüblər.

Müəllif yazır ki, postda maşını saxlayıb həmin əməkdaşların adlarını öyrənib. O, polisin bu cür davranışının, xeyirxah əməllərinin qürurverici olduğunu deyir və məktubunda bu cür əməkdaşların olduğuna görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları Rövşən İsmayılova və Zamiq Həsənova təşəkkürünü bildirir.

Lerik rayon sakini Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Lerik RPŞ-nin rəisi Ayaz Cəfərova minnətdarlığını ifadə edir.

Biləsuvar şəhər sakini Səbuhi Məmmədov öz təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.