Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Könül Bəşirova üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan MR Şərur rayon sakini Nəzmiyyə Nəsirova müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR Ordubad RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Vətəndaş Famil Nəzərov pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Ləman Bayramova müraciətinə operativ baxılmasına, eləcə də dəymiş ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Elgün Bəxtiyarov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırmanın aparılmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Sevinc Zülfüqarova müraciətinə həssas yanaşılmasına, probleminin qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Şəlalə Rzayeva pulunun oğurlanması ilə bağlı müraciətinə operativ reaksiya verildiyinə, eləcə də dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Quba RPŞ-nin şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Asif İbişov düşdüyü çətin vəziyyətdən çıxmaqda ona göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü yazır.

Bakı şəhər sakini  Rüstəm Qardaşov pozulmuş hüquqlarının bərpa olunmasında, eləcə də dəymiş ziyanın ödətdirilməsində ona göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.