Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Afilə Azadəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına və operativ baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Elnurə Sadıqova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini, müvafiq araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll edildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəfsə kənd sakini Tamella Musayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Novruz Şirəliyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-nin Şərur Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Təhla Əsgərov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Vətəndaş Veranika Pirizadə üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Kəmalə Quliyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN Polis Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirir. 

Mingəçevir şəhər sakini Mustafa Mustafayev təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini Osman Osmanov müraciətinin müsbət həll olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.