Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nuranə Hüseynova, Neftçala rayon Kürqarabucaq kənd sakini Ramil Nəsirov və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər sakini Rəqsanə Nəsirova Binəqədi rayonunda qeydiyyata düşmək üçün Rayon Polis İdarəsinə mürəciət etdikləri zaman səmimi qəbul olunduqlarına və onlara göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq bildirirlər.

Bakı şəhər sakini Oktay Əliverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİO-da xidmət edən oğlunun mükafatlandırılmasına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Pərvanə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda 6-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aygün Hüseynova DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının işindən razılıq edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əsgər Rəhimov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Nüşabə Kərimova oğluna göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Rəşaiq Əliyev göstərdiyi səmimiyyətə, diqqət və qayğıya görə Samux Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqəti icra edən polis polkovnik-leytenantı Malik Məmmədova təşəkkürünü bildirir.

Goranboy rayonunun Tatarlı kənd sakini Nazim Adilov DİN rəhbərliyinə ünvanladığı məktubunda DİN-in A.N.Heydərov adına Respublika Hospitalının Nevrologiya şöbəsinin tibb personalının ona göstərdiyi yüksək diqqət və qayğıdan, aldığı peşəkar müalicədən razılığını bildirir, həmçinin 2 iyul – Polis Günü münasibəti ilə DİN rəhbərliyinə öz səmimi təbriklərini çatdırır, daxili işlər orqanlarının şəxsi heyətini ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayır.

Vətəndaş Samir Vəliyev Şəki rayonu ərazisində baş vermiş yanğın hadisəsinin qarşısının alınmasında ŞRPŞ əməkdaşlarının yaxından iştirakına və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.