DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qusar rayon Köhnə Xudat Qazmalar kənd sakini Əfqan Əliyev oğlu Rafil Əliyevin işsizlik problemi ilə bağlı müxtəlif orqanlara etdiyi müraciətlərin cavabsız qaldığını yazaraq qeyd edir ki, bu barədə Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinin rəhbərliyi ilə görüşüb, məlumat verib, oğlunun idman nailiyyətləri olduğunu, lakin işsizlikdən əziyyət çəkdiyini bildirib. Qısa zaman kəsiyində Bölmə tərəfindən onu müraciətinə müsbət cavab verilib və övladını Şahdağ Turizm Mərkəzinə dəvət edərək mühafizəçi kimi işə götürüblər.

Bakı şəhər sakini Orxan Abdullayev “Qobuland” istirahət mərkəzində itirdiyi pulun tapılıb ona qaytarılmasına görə polisə təşəkkür edir.

Bakı şəhər sakini Fuad Hacıyev may ayında naməlum şəxs tərəfindən yoldaşının boynundan boyunbağının oğurlanması ilə bağlı polisə etdiyi müraciətdən sonra hadisəni törədən şəxsin qısa müddət ərzində tapılmasına görə Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rüstəmbəy Yaqubov yazır ki, dələduzluq yolu ilə pulunu alan şəxs barəsində Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi müraciətdən sonra müvafiq araşdırma başlanılmış və ona dəymiş ziyan ödətdirilmişdir.

“Məktəbimizin xeyli müddət idi ki, su problemi vardı. Aidiyyatı qurumlara müraciət etsək də səsimizə səs verən olmamışdı. Sonda ümid yeri kimi məktəbin kollektivi adından Qusar Rayon Polis Şöbəsinin Şahdağ Polis Bölməsinə müraciət etdik və başda rəhbərlik olmaqla bölmənin bütün şəxsi heyəti öz vəsaitləri hesabına məktəbimizə su xətti çəkdirdi. Son zəng ərəfəsində polisin bu nəcib əməli bizə ikiqat bayram sevinci yaşatdı.” Bu fikirlər Qusardakı şəhid Bəhruz Ağaverdiyev adına orta məktəbin direktoru Arif Xəlilovun DİN-ə ünvanladığı təşəkkür məktubundandır.

Cəlilabad sakini Ruslan İsayev DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində sabitliyi qoruyan, cinayətkarlıqla ciddi mübarizə aparan, yollarda təhlükəsizliyi təmin edən həmkarlarımıza minnətdarlığını ifadə edir.

“İsmayıloğulları” MMC-nin direktoru Qurbanəli İsmayılov DİN Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladıqları müraciətə vaxtında və obyektiv baxıldığına, hüquqpozuntusunun qarşısının alınması üçün lazımı tədbirlər görüldüyünə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaşlardan Bakı şəhər sakini Rüfət Əliyev, Balakən rayon sakini Turab Babayev, Masallı rayon sakinləri Alim Əkbərov və Ziyadxan Əkbərov polisin fəaliyyətini yüksək qiymətləndirir, daxili işlər orqanları əməkdaşlarının sayəsində ölkəmizdə ictimai asayişin təmin edildiyini vurğulayır və buna görə DİN rəhbərliyinə minnətdarlıq edirlər.

Şamaxı rayon sakini Şahmar Hüseynov DİN-ə ünvanladığı teleqramda yazır ki, oğlu Şahin Hüseynovun döyülməsi ilə əlaqədar RPŞ-yə etdiyi şikayət tez bir zamanda təmin edilib və məsələ obyektiv şəkildə araşdırılıb. Vətəndaş buna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.