Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini Əkbər Rüstəmov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda ona dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə Xətai RPİ-nin 34-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Ağstafa rayonunun Daşkəsəmən kənd sakini Alməmməd Nəbiyev Daxili İşlər Nazirliyinə göndərdiyi məktubunda yol polisi əməkdaşlarının ona yardım etdiyini bildirir. A.Nəbiyev qeyd edir ki, ötən il dekabrın 31-də bayramlaşmaq üçün ailə üzvləri ilə birgə rayona gediblər. Hava dumanlı və əlverişsiz olduğundan o, avtomobili idarə etməkdə çətinliklə üzləşib. Bu zaman həmin ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşları onlara yaxınlaşıb, narahatçılıqlarını görərək gedəcəkləri yolda bələdçilik ediblər.

Həmin yol polisi əməkdaşlarının avtomobildə olan və səhhəti qəfil pisləşən atasına da ilkin tibbi yardım göstərdiklərini qeyd edən müəllif göstərdikləri bu köməkliyə görə BDYPİ YPXA-nın 9-cu taqımının inspektorları Elnur Mahmudov və Samit Mustafayevə təşəkkürünü bildirir.

Müəllif həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Camal Şabanov öz təşəkkür məktubunda yaşadığı ünvanda üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Samir Məmmədov müraciətinə operativ reaksiya verildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

S.Məmmədov sonda qeyd edib: “Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi fəxr edirəm Polisimlə.”

Bakı şəhər sakini Alidə Əliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda dələduzluq faktı ilə bağlı müraciətinə obyektiv baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Bəxtiyar Usubov müraciətinə tez bir zamanda baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. Vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Bakı şəhər sakini Könül Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərdikləri köməyə görə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. Azərbaycan Polisinə gərgin xidməti fəaliyyətlərində uğurlar diləyir.

Bakı şəhər sakini, müharibə əlili Nəcəf Cəfərli təşəkkür məktubunda səhhətində yaranmış problemlə əlaqədar etdiyi müraciətinə həssaslıqla yanaşılaraq ona göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyi, Tibb İdarəsi və A.N.Heydərov adına Respublika Hospitalının rəhbərliklərinə, həmçinin tibbi personala minnətdarlığını bildirir.

Astara rayonunun Şiyəkəran kənd sakini Şəhriyar Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus çay evindən oğurluq edən şəxsin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılmasına görə minnətdarlığını bildirir.