Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mehman İbişov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verildiyinə və göstərilən köməkliyə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüsal Zeynalov ötən ilin dekabr ayında Binəqədi qəsəbəsində yaşadığı evdən oğurluq edilməsi barədə 43-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, müraciəti ilə bağlı operativ tədbirlərin görüldüyünü, qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığını və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. V.Zeynalov məktubunda vətəndaşların müraciətlərinə diqqətlə yanaşıldığına və operativliyə görə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Zakir Nəzərov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda mənzilindən edilmiş oğurluq barədə müraciəti ilə əlaqədar operativ tədbirlərin görüldüyünü və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir. Z.Nəzərov vətəndaşların müraciətlərinə diqqətlə yanaşıldığına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Şəmkir rayon sakini Xalidə Şıxməmmədova DİN-ə ünvanladığı təşəkkür məktubunda yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasına görə minnətdarlığını ifadə edir.

Məcburi köçkün Təyyar Səfərov ona və ailəsinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Rasim Qurbanova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Abid Məmmədov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda 317 saylı tam orta məktəbdə ingilis dili müəlliməsi işləyən qızı Nigar Məmmədovanın tədris müəssisəsində itirdiyi mobil telefonunun tapılmasında göstərdiyi köməkliyə görə təşəkkürünü bildirir.

Vətəndaş Anar Allahverdiyev oğurlanmış avtomobilinin tapılmasında göstərilən köməyə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlıq edir.

Ağdaş rayon sakini Şahin Nuhov Şəki şəhərində olarkən Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyətini müşahidə edərək DİN-ə təşəkkür mətubu ünvanlayıb: “Yaxın günlərin birində Şəki şəhərində olarkən diqqətimi qeyri-ixtiyari bir mənzərə cəlb etdi. Günorta vaxtı dərsdən çıxan bir dəstə azyaşlı şagird marşurut avtobuslarına daha tez minmək üçün məktəbin yaxınlığından keçən avtomobil yolunun hərəkət hissəsinə doğru qaçdılar. Bunu görən Dövlət Yol Polisinin 2 əməkdaşı dərhal xidməti maşından düşərək yaranmış mürəkkəb vəziyyəti nəzarətə götürdülər. Onlar azyaşlıları böyük nəzakət və təmkinlə növbə ilə müxtəlif marşurut avtobuslarına əyləşdirdilər. Mən bu mənzərəni 15 dəqiqə müşahidə etdim. Kim bilir, polislərin həmin anda bəlkə də daha vacib işləri var idi. Amma onlar gördükləri bu işi hər şeydən vacib saydılar. Halbuki, bunu dayanacaqda gözləyən valideynlər, oradan ötən hər bir kəs edə bilərdi. Doğrusu bu mənzərəni seyr edərkən həmin polislərə yaxınlaşıb adlarını soruşmağa macal tapmadım. Polis əməkdaşlarının bu humanist hərəkətindən qürurlanıb, fərəh hissi keçirdim.

Buna görə DİN-in bütün şəxsi heyətinə, xüsusi ilə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”

Bakı şəhər sakini Fatma Əliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Məhəmməd Əliyevə xidməti borcunu layiqincə yerinə yetirdiyinə görə təşəkkür edir.