Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.05.2020 - “Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə ölkəmizdə...
“Azərbaycan Uşaqları İctimai Birliyi”nin rəhbəri Kəmalə Ağazadə ölkəmizdə elan olunmuş karantin rejimi ilə əlaqədar təşkilatın nəzdində fəaliyyət göstərən “Uşaq Sığınacağı”nda yaşayan 35 körpənin təhlükəsiz yerə köçürülməsində, daşınmasında, dezinfeksiya işlərinin aparılmasına nəzarət olunmasında, eləcə də köçürülmə zamanı uşaqların qida ilə təmin olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.
08.05.2020 - Azərbaycan Respublikası “Qanun Sorağında” beynəlxalq, ictimai-siyasi, hüquq...
Azərbaycan Respublikası “Qanun Sorağında” beynəlxalq, ictimai-siyasi, hüquq qəzetinin baş redaktoru Z.Allahverdiyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü yazır.
08.05.2020 - Paytaxtın Nardaran qəsəbə sakini Dilarə Cəbrayılova Daxili İşlər Nazirliyinə...
Paytaxtın Nardaran qəsəbə sakini Dilarə Cəbrayılova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. D.Cəbrayılova polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsində maddi dəstəyə ehtiyacı olan, yaşı 65-dən yuxarı, tənha, aztəminatlı və çoxuşaqlı ümumilikdə 200 ailəyə baş çəkərək ərzaq yardımları edildiyini qeyd edərək, bu müqəddəs Ramazan ayında göstərdikləri diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.05.2020 - Bakı şəhər sakini İlham Rəcəbov daxili işlər orqanlarında xidmətə qəbul...
Bakı şəhər sakini İlham Rəcəbov daxili işlər orqanlarında xidmətə qəbul zamanı yaradılan şəffaflığa görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
07.05.2020 - Bakı şəhər sakini, şəhid anası Rəfiqə Salmanova etdiyi müraciətə həssaslıqla...
Bakı şəhər sakini, şəhid anası Rəfiqə Salmanova etdiyi müraciətə həssaslıqla yanaşılaraq nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbulla əlaqədar sıra baxışında iştirakına icazə verilməsinə göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
07.05.2020 - Mingəçevir şəhər sakini Murad Musayev ölkəmizdə koronavirus pandemiyası ilə...
Mingəçevir şəhər sakini Murad Musayev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
07.05.2020 - Ağdam rayon sakini Elçin Vəliyev rayonda sabitliyin, ictimai qaydanın və...
Ağdam rayon sakini Elçin Vəliyev rayonda sabitliyin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və Ağdam RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
07.05.2020 - Bakı şəhər sakini Mirismayıl Musayev üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Mirismayıl Musayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.
07.05.2020 - Bakı şəhər sakini Elxan İsmayılov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Elxan İsmayılov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.