Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.06.2021 - Cəlilabad rayon sakini Vidadi Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Cəlilabad rayon sakini Vidadi Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.
30.06.2021 - Lənkəran rayonunun Liman şəhər sakini Fərman Lələyev DİN rəhbərliyinə...
Lənkəran rayonunun Liman şəhər sakini Fərman Lələyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Vətən müharibəsinin iştirakçısı olan oğlunun şəffaf və obyektiv seçimlər nəticəsində daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə minnətdarlığını bildirir.
30.06.2021 - Lənkəran rayon sakini Cəsarət İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Cəsarət İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda övladının əl çantasını oğurlayan şəxsin müəyyən olunmasına və ona dəyən maddi ziyanın tam olaraq ödənilməsinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlığını bildirir.
30.06.2021 - Lənkəran rayon sakini Zəfər Ağalı DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Zəfər Ağalı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə minnətdarığını bildirir.
30.06.2021 - Lənkəran rayon sakini Rasim Məmmədzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Lənkəran rayon sakini Rasim Məmmədzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Vətən müharibəsi iştirakçısı olan oğlunun şəffaf və obyektiv seçimlər nəticəsində Daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə minnətdarlığını bildirir.
26.06.2021 - Cəlilabad rayon sakini Rasif Əliyev
Cəlilabad rayon sakini Rasif Əliyev üzləşdiyi problemlə bağlı DİN-ə etdiyi müraciətinə operativ baxıldığını, araşdırma aparılaraq probleminin qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.06.2021 - Vətəndaş Elvin Hüseynov
Vətəndaş Elvin Hüseynov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən həssaslıqla yanaşıldığına eyni zamanda məsələnin operativ şəkildə araşdırılaraq müsbət istiqamətdə həll edilməsində göstərdiyi köməkliyə görə DİO əməkdaşlarına öz minnətdarlığını bildirir.
26.06.2021 - Vətəndaş Taryel Quliyev
Vətəndaş Taryel Quliyev DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, şəxsiyyət vəsiqəsində yaranmış problemlə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətə dərhal reaksiya verildiyini, araşdırılaraq qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.06.2021 - Vətəndaş Təbriz İbrahimxəlili
Vətəndaş Təbriz İbrahimxəlili üzləşdiyi yol-nəqliyyat hadisəsi barədə etdiyi müraciətlə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən düzgün araşdırmanın aparılması və məsələnin müsbət istiqamətdə həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.