Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Dilbər Pənahzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür     Məktubunda  etdiyi müraciətə obyektiv və operativ baxılmasına, vətəndaşa göstərilən səmimi münasibətə görə Nəsimi RPİ 19-cu Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Röyalə Qarayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mobil telefonunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə obyektiv və operativ baxılmasına, telefonunun tez bir  zamanda tapılmasında göstərilən köməkliyə görə Yasamal RPİ 28-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə izləyicisi Pərvanə Məcidova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobilindən oğurluq olunması ilə əlaqədar etdiyi müraciətə obyektiv və operativ baxılmasına, oğurluğu törədən şəxsin tez bir zamanda tapılaraq məsuliyyətə cəlb olunmasına görə Binəqədi RPİ 43-cü Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.

Şəhid ailəsinin üzvü olan Natəvan Həsənova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Emin Süleymanov məktubunda müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, operativliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Gədəbəy rayonunun Slavyanka kənd sakini olan bir qrup şəxs tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanan məktubda rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına görə DİN rəhbərliyinə və Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür ifadə olunur, çətin və şərəfli xidmətlərində uğurlar arzulanır. 

Sumqayıt şəhər sakini Taleh Məmmədov məktubunda asayişin etibarlı qorunmasına və cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə, eləcə də xidməti vəzifələrini layiqincə yerinə yetirən Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Bakı şəhər sakini, şəhid atası Şirxan Daşdəmirov Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən şəhid ailə üzvləri, qazi, müharibə iştirakçılarının avtomobillərinin növbəsiz və rahatlıqla texniki baxışdan keçirildiyini qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Əhməd Yunisli avtomobilinin təkrar qeydiyyata alınması ilə bağlı etdiyi müraciət ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduğunu, yüksək hörmətlə qarşılandığını və müvafiq araşdırmalara başlanıldığını qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.