Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.06.2021 - Bakı şəhər sakini Rita Əliyeva qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə...
Bakı şəhər sakini Rita Əliyeva qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ və həssaslıqla yanaşıldığına və ona dəymiş ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
09.06.2021 - Bakı şəhər sakini İsa İsmayılov qarşılaşdığı dələduzluqla bağlı etdiyi...
Bakı şəhər sakini İsa İsmayılov qarşılaşdığı dələduzluqla bağlı etdiyi müraciətə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və ona dəymiş ziyanın qısa müddət ərzində ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
09.06.2021 - Bakı şəhər sakini Ceyhunə Məmmədova tanışı tərəfindən maddi ziyan vurması ilə...
Bakı şəhər sakini Ceyhunə Məmmədova tanışı tərəfindən maddi ziyan vurması ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ yanaşıldığına və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
08.06.2021 - Mingəşevir şəhər sakini Reqina Dobrina DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Mingəşevir şəhər sakini Reqina Dobrina DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət yöndə həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.06.2021 - Vətəndaş Vüsal Quliyev müraciətinin müsbət yöndə həll edilməsinə görə DİN...
Vətəndaş Vüsal Quliyev müraciətinin müsbət yöndə həll edilməsinə görə DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təşəkkür edir.
08.06.2021 - Vətəndaş Elvin Əliyev rayon ərazisində cinayətkarlığa, narkomaniyaya qarşı...
Vətəndaş Elvin Əliyev rayon ərazisində cinayətkarlığa, narkomaniyaya qarşı apardıqları yorulmaz mübarizəyə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
08.06.2021 - Mingəçevir şəhər sakini Nofəl Həbibov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Mingəçevir şəhər sakini Nofəl Həbibov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəhər Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
08.06.2021 - Bakı şəhər sakini Asif Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Asif Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.06.2021 - Biləsuvar şəhərində yaşayan Agakərim Əzimov teleqramında DİN-ə etdiyi...
Biləsuvar şəhərində yaşayan Agakərim Əzimov teleqramında DİN-ə etdiyi müraciəti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayında qəbul edildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və BDYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.