DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İmişli rayonu Yalavac kənd sakini Qəhrəman Qəhrəmanov göndərdiyi məktubunda Şəki şəhərində qonaq olarkən polis əməkdaşlarının vətəndaşlarla xoş və səmimi rəftarının şahidi olduğunu vurğulayır, buna görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Siyəzən rayonu Qalaaltı kənd sakini İsrail Məmmədov DİN-ə ünvanladığı məktubunda baş vermiş cinayət hadisələrinin tez bir zamanda açılması və cinayətkarların ifşa olunması ilə əlaqədar RPŞ-nin post-patrul xidmətinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir.

Bərdə rayon sakini Zəfər Mamayev məktubunda ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Siyəzən rayon sakini Ağamirzə Quliyev DİN-ə ünvanladığı məktubunda RPŞ-nin şəxsi heyətinin narkomaniya və cinayətkarlığa qarşı apardıqları mübarizədən razılığını bildirir və buna görə onlara təşəkkür edir.

Salyan şəhər sakini Fərqanə Həsənova göndərdiyi məktubunda yol nəqliyyatı hadisəsi zamanı yaranmış problemin aradan qaldırılmasında polis əməkdaşlarının göstərdikləri dəstəyə görə onlara minnətdarlığını bildirir.

Bakı şəhər sakini Toğrul Nəbiyev DİN-ə ünvanladığı məktubunda ictimai asayişin təmin edilməsində, cinayətkarlığa, narkomaniyaya və digər qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.

Ağstafa rayon sakini Gülnar İsmayılova göndərdiyi məktubunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyətini müsbət dəyərləndirir, polisə peşə fəaliyyətində yeni nailiyyətlər arzulayır.

Lerik rayonundan Miqabil Şahbazov göndərdiyi teleqramda polisin fəaliyyətindən razılığını bildirir, buna görə dövlət başçısına və DİN rəhbərliyinə minnərdarlıq edir.

Bakı şəhər sakini Könül Qasımova DİN-ə ünvanladığı məktubunda qeyd edir ki, mart ayında mənzilindən külli miqdarda pul oğurlanması ilə bağlı polisə müraciət edib. Polisin operativ fəaliyyəti nəticəsində hadisəni törətmiş şəxs qısa müddət ərzində saxlanılıb. K. Qasımova buna görə Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.