DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şirvan şəhər sakini Tural Qanbayev göndərdiyi teleqramda polisin cinayətkarlığa qarşı mübarizədəki rolunu yüksək qiymətləndirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.

Sabunçu rayon sakini Araz Aslanov DİN-ə ünvanladığı məktubunda yazır ki, ötən ay ailəsi ilə birlikdə dəniz kənarından qayıdarkən idarə etdiyi avtomobil quma batıb. Dərhal ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları, polis serjantları Ramil Qasımov və Firuz Niyazov vətəndaşların köməyinə çataraq, nəqliyyat vasitəsini qumdan çıxartmağa nail olublar. A.Aslanov bu iki polis əməkdaşının timsalında bütün daxili işlər orqanları əməkdaşlarına öz dərin minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fərid Əzizov göndərdiyi məktubunda cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində polisin rolunu yüksək qiymətləndirir, daxili işlər orqanlarının fəaliyyətindən razı qaldığını vurğulayır.

Bakı şəhər sakini, Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümov DİN-ə ünvanladığı məktubunda Xəzər RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Feyruz İmanova və polis baş leytenantı Arzuman Arzumanlıya müraciətinə bu qədər həssas yanaşamalarına, ona göstərdikləri diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Rauf Əliyev hüquqlarının pozulmasına görə etdiyi müraciətə DİN tərəfindən çevik reaksiya verildiyi və aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığı üçün Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Övladlarının daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Tərtər rayon sakinləri İlham Qədirov, Vidadi Bayramov və Qalib Almasov DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağdaş şəhər sakini Abdurəhman Abdurəhmanov borca verdiyi pulun qaytalmasında göstərdikləri köməyə görə Ağdaş RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Beyləqan rayon sakini Sənan Mehdiyev RPŞ əməkdaşlarının cinayətkarlıqla mübarizəsindən, yollarda təhlükəsizliyin etibarlı təmin edilməsindən razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirir.

Mingəçevir şəhər sakini Yusif Əkbərov “ALKE” şirkətindən etdiyi şikayətə vaxtında baxıldığına və onun əmək haqqının ödənilməsində göstərdiyi köməyə görə ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.