Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.12.2023 - Bakı şəhər sakini Zeynəb Məmmədova
Bakı şəhər sakini Zeynəb Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda barəsində tərtib olunmuş protokolla əlaqədar etdiyi müraciətə dərhal reaksiya verilərək müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.12.2023 - Vətəndaş Əli Kazımov
Vətəndaş Əli Kazımov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda ictimai asayişi ayıq-sayıq qoruyan, vətəndaşların qanuni mənafelərini, eləcə də hüquq və azadlıqlarını etibarlı qoruyan, müraciətlərə operativ reaksiya verən, xidməti vəzifələrini layiqincə yerinə yetirən başda DİN rəhbərliyi olmaqla, Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.12.2023 - Vətəndaş T.Məmmədov
Vətəndaş T.Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verilməsinə, göstərilən diqqətə, həmçinin obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.12.2023 - Bakı şəhər sakini Babək Cəfərli
Bakı şəhər sakini Babək Cəfərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı obyektiv araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyini və müraciətinin müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Abşeron RPİ Saray Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.12.2023 - Şəmkir rayon sakini Rəşid Babayev
Şəmkir rayon sakini Rəşid Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.12.2023 - Göygöl rayon sakini Səməd İsmayılov
Göygöl rayon sakini Səməd İsmayılov DİN rəhbərliyinə təşəkkür məktubu yazaraq nümunəvi xidmətlərinə görə Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.12.2023 - Gədəbəy rayon sakini Ramis Əhmədov
Gədəbəy rayon sakini Ramis Əhmədov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
06.12.2023 - Gəncə şəhər sakini Sevinc Əhmədova
Gəncə şəhər sakini Sevinc Əhmədova pozulmuş hüquqlarının bərpa olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.12.2023 - Samux rayon sakini Vidayil Qarayev
Samux rayon sakini Vidayil Qarayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq həll olunmasında, eləcə də hüquqlarının bərpasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.