Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara şəhər sakini İstək Əzizzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evindən oğurluq edən şəxsin tez bir zamanda müəyyən edilərək saxlanılmasına görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Goranboy rayon sakini Tahir Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Mənim 65 yaşım var və uzun müddət jurnalistika sahəsində çalışmışam. Apardığım müşahidələr göstərir ki, bu gün Azərbaycan polisinin vətəndaşa göstərdiyi münasibət 90-cı illərdən kəskin fərqlənir. Tam əminliklə deyə bilərəm ki, əsası Ulu Öndər Heydər Əliyevin qoyduğu daxili sabitlik, insanların hüquq və azadlıqlarının qorunması bu gün ölkə başçısının diqqəti ilə DİN orqanları tərəfindən yüksək səviyyədə təmin edilir. Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları da bu müqəddəs və məsuliyyətli peşə üçün gecə-gündüz demədən çalışır, vətəndaşları narahat edən ən xırda problemlərə belə vaxtında reaksiya verərək müsbət yöndə həll olunmasına çalışırlar. Odur ki, müsbət və təmannasız xidmətlərinə görə DİN rəhbərliyinə və sözü gedən şöbənin əməkdaşlarına təşəkkür edirəm”.

Vətəndaş Əflatun Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Qazax RPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının xidməti fəaliyyətlərindən razılıq edir.

Bakı şəhər sakini Şahbala İsgəndərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və vətəndaşlarla səmimi, xoş ünsiyyətə görə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Qazax şəhər sakini Taleh Məmmədov təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Qazax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayonunun Dəliməmmədli şəhər sakini Rahib Kərimov rayon Mühafizə Polisi Şöbəsinin əməkdaşı, polis serjantı Rafil Abbasovun öz vəzifə borcunun öhdəsindən layiqincə gəlməsindən, vətəndaşlarla xoş ünsiyyət qurmasından razılığını ifadə edərək, DİN və Baş Mühafizə İdarəsinin rəhbərliklərinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elman Musayev DİN-ə ünvanladığı məktubunda axtarışda olan şəxsin saxlanılmasında göstərdikləri operativliyə görə Xətai RPİ-nin 37-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Z.Həsənova DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə Yasamal Rayon Polis İdarəsində operativ baxıldığını bildirir.

Z.Həsənova vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatçılığına son qoyulmasına görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fanar Dadaşov yol polisi əməkdaşlarının fəaliyyəti barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb.

Müəllif yazır: “2019-cu il dekabrın 30-da avtomobilimlə gəlinimi Bayıl qəsəbəsində yerləşən doğum evinə aparırdım. Lakin böyük tıxac olduğundan yolda çətinliklə üzləşdim. Bu zaman həmin ərazidə xidmət aparan 501 nömrəli Yol Patrul Xidməti avtomobilinə yaxınlaşaraq vəziyyəti anlatdım və kömək istədim. Həmin Yol Polisi əməkdaşı dərhal bizi öz xidməti avtomobilinə əyləşdirərək təcili xəstəxanaya çatdırdı”.

T.Dadaşov məktubunda polis əməkdaşlarının belə humanistliyinə və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və 501 nömrəli Yol Patrul Xidməti avtomobilində xidmət aparan polis əməkdaşlarına təşəkkürünü bildirir.