Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ülvi Ağayev  DİN-in “İnstagram” səhifəsi vasitəsilə Azərbaycan Polisinə təşəkkürünü bildirib. O, Xəzər rayonunda yaşadığı ərazidə yol hərəkətinin təşkili ilə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətinə operativ reaksiya verildiyini yazır.  <p/>Ü.Ağayev vətəndaş müraciətlərinə həssas yanaşılmasına, eyni zamanda hərəkətin təhlükəsizliyi üçün həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Arzu Abbasova (arzuabbasova22) itirdiyi pulqabısının tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Bakı şəhər sakini Həbib Həsənov (hebib_hesenov_official) səhifə vasitəsi ilə etdiyi müraciətə baxılaraq müsbət istiqamətdə həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nizami RPİ 24-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bərdə rayonunda məskunlaşmış məcburi köçkün, erməni terrorçularının Bərdəyə atdıqları raket atəşləri nəticəsində ağır yaralanmış Telman Orucovun DİN-ə ünvanladığı məktubda ona və ailəsinə göstərilən diqqət və qayğıya görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Lamiyə Həşimova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə çevik və operativ şəkildə reaksiya verdiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarını minnətdarlığını ifadə edir.

Bərdə rayonunda məskunlaşmış məcburi köçkün Məryəm İsmayılova fiziki qüsurlu oğluna göstərilən diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Ağdam rayon sakini Eldəniz Vəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxıldığına, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırıldığına görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Lalə Hüseynova üzləşdiyi dələduzluq faktı ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Paytaxtın Suraxanı rayonu ərazisində yaşayan Malik Şükürov məktubunda rayon ərazisində sosial neqativ halların, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində onlara uğurlar arzulayır.