Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.05.2020 - Tərtər rayonunun Kəbirli kəndində yaşayan B.Vəliyev Daxili İşlər Nazirliyinə...
Tərtər rayonunun Kəbirli kəndində yaşayan B.Vəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. O, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, pandemiya dövründə öz həyatını risqə ataraq gecə-gündüz xidmət aparan, həmçinin bir çox hallarda qayğıkeşlik göstərən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
B.Vəliyev oğlunun da daxili işlər orqanlarında işlədiyini, bu ərəfədə virus daşıyıcısı kimi karantin xəstəxanasına yerləşdirildiyini, hazırda isə karantin müddətini başa vuraraq xidmətini davam etdirdiyini qeyd edir. O, övladının karantində saxlanıldığı müddətdə tibb işçilərinin ona qayğıkeşliyinə, həmçinin ailəsinə göstərilən yüksək diqqətə, qayğıya, maddi və mənəvi dəstəyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.12.05.2020 - Beyləqan rayon sakini Amil Məmmədov ölkəmizdə koronavirus pandemiyası ilə...
Beyləqan rayon sakini Amil Məmmədov ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
12.05.2020 - Bərdə rayonunda yaşayan məcburi köçkün Telman Orucov Daxili İşlər Nazirliyinə...
Bərdə rayonunda yaşayan məcburi köçkün Telman Orucov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir. T. Orucov polis əməkdaşları tərəfindən yaşı 65-dən yuxarı olan əmisinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.05.2020 - Astara rayonunun Tüləgüvan kənd sakini Cavad Quliyev DİN rəhbərliyinə...
Astara rayonunun Tüləgüvan kənd sakini Cavad Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.
11.05.2020 - 59 saylı Rabitə şöbəsinin rəisi Bilqeys Əliyeva ölkəmizdə koronavirus...
59 saylı Rabitə şöbəsinin rəisi Bilqeys Əliyeva ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına minnətdarlığını bildirir.
11.05.2020 - Mingəçevir şəhər sakinləri Vəliyəddin Yolçuyev və Maxsud Süleymanov təşəkkür...
Mingəçevir şəhər sakinləri Vəliyəddin Yolçuyev və Maxsud Süleymanov təşəkkür məktublarında koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində daxili işlər orqanları əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Mingəçevir ŞPŞ-nin əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.
11.05.2020 - Bakı şəhər sakini Nurlan Nəsirov müraciətinə həssaslıqla yanaşılaraq obyektiv...
Bakı şəhər sakini Nurlan Nəsirov müraciətinə həssaslıqla yanaşılaraq obyektiv araşdırıldığına və probleminin qısa müddətdə ədalətli həll olunduğuna görə DİN rəhbərliyinə və Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədova təşəkkürünü bildirir.
09.05.2020 - Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Amil Feyzullayev Daxili...
Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Amil Feyzullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
09.05.2020 - Şirvan şəhər sakini Samid Əmiraliyev ölkəmizdə koronavirus pandemiyası ilə...
Şirvan şəhər sakini Samid Əmiraliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.