Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elimdar İsmayılov öz təşəkkür məktubunda etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Tamella Məmmədova oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Göyçay şəhər sakini Nəriman Yusifov Bakı Şəhər Baş Polis İdarəsində müraciətinə obyektiv baxıldığına və həllini tapmasına görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Xırdalan şəhər sakini Elvin Babayev Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Qazax rayon Orta Salahlı kənd sakini Tahir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin obyektiv araşdırılmasına, göstərilən diqqət və qayğıya görə, Qazax RPŞ-nin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nəsrəddin Səfərov DİN-ə ünvanladığı məktubunda Mehdiabad qəsəbəsində qəbiristanlıqdan edilmiş oğurluqla bağlı müraciətə operativ baxıldığına görə DİN rəhbirliyinə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Kərgəlan kənd sakini Yaşar Kərəmov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa, onların müraciətlərinə göstərilən həssaslığa görə Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.

Biləsuvar şəhər sakini Ramil Dəmirli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları Cavid Həsənov və Rauf Əzimovdan razılığını ifadə edir.

Cəlilabad rayonunun Dələli kənd sakini Firudin Rüstəmov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırıldığına görə minnətdarlığını bildirir.