Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.06.2020 - Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət...
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü yazır.
22.06.2020 - Bakı şəhər sakini Xədicəxanım Hüseynova Nardaran qəsəbəsində yaşayan...
Bakı şəhər sakini Xədicəxanım Hüseynova Nardaran qəsəbəsində yaşayan aztəminatlı ailələrə göstərilən xüsusi diqqət və qayğıya, həmçinin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
22.06.2020 - Bakı şəhər sakini Bəylər Əzimov qanunun aliliyinin, insan hüquq və...
Bakı şəhər sakini Bəylər Əzimov qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
22.06.2020 - Sumqayıt şəhər sakini Fətəli Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Sumqayıt şəhər sakini Fətəli Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, eyni zamanda pandemiyanın qarşısının alınması üçün həyatlarını belə risqə ataraq gecə-gündüz xidmət aparan, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən, tənha, aztəminatlı və çoxuşaqlı ailələrə baş çəkərək ərzaq yardımları edərək qayğıkeşlik göstərən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.06.2020 - İmişli rayon sakini, jurnalist Mirsaleh Qəfərli Daxili İşlər Nazirliyinə...
İmişli rayon sakini, jurnalist Mirsaleh Qəfərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının pandemiyanın qarşısının alınması üçün rayon ərazisində apardıqları maarifləndirici tədbirləri təqdir edir. O, fədakarlıq göstərərək gecə-gündüz xidmət aparan, öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən İmişli RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.06.2020 - Bakı şəhər sakini Mirsəttar Nəzərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Mirsəttar Nəzərli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını bildirir.
22.06.2020 - Quba rayon sakini Mübariz Orucov DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Quba rayon sakini Mübariz Orucov DİN rəhbərliyinə ünvanladığı məktubunda oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə operativ baxılmasına və oğurlanmış pulların ona qaytarılmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
22.06.2020 - Bakı şəhər sakini Rüfət Useynov həyat yoldaşının üzləşdiyi soyğunçuluq...
Bakı şəhər sakini Rüfət Useynov həyat yoldaşının üzləşdiyi soyğunçuluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2020 - Bakı şəhər sakini, şəhid anası Xatirə Əliyeva daxili işlər orqanlarının şəhid...
Bakı şəhər sakini, şəhid anası Xatirə Əliyeva daxili işlər orqanlarının şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.